11.03.2026 - EHLİ SÜNNET MEDYA
Ehli Sünnet Medya

Kitablara iman gətirmək, Allahın endirdiyi kitablar hansılardır?

Uca Allah, kitablarını, Rəsullarına, insanları hidayətə çatdırmaq üçün endirmişdir.   “Əlif, Ləm, Ra. Bu (Quran), insanları Rəbbinin izni ilə qaranlıqlardan nura, yeganə qalib, həmdə layiq olan (Allahın) yoluna çıxarmağın üçün sənə göndərdiyimiz bir kitabdır.” (İbrahim 1)   Ümumiyyətlə 104 kitab vardır. Bunların 4-ü böyük kitabdır, 100-ü isə səhifələrdir.

Dörd böyük kitab:

Zəbur: Davud (əleyhissalam)a
Tövrat: Musa (əleyhissalam)a
İncil: İsa (əleyhissalam)a
Quran: Peyğəmbərimiz Həzrəti Muhəmməd Mustafa (sallallahu əleyhi və səlləm)ə  

Yüz səhifə:

10 səhifə: Adəm (əleyhissalam)a
50 səhifə: Şis (əleyhissalam)a
30 səhifə: İdris (əleyhissalam)a
10 səhifə: İbrahim (əleyhissalam)a endirilmişdir.

Biz müsəlmanlar, peyğəmbərlərə göndərilən bütün kitablara inanırıq. Ancaq Qurani-Kərimdən başqa digər kitabların sonradan pozulduğunu (təhrif edildiyini) da bilirik.
 
Qurani-Kərim isə Peyğəmbərimizə endirildiyi şəkli ilə qiyamətə qədər qalacaqdır. Ləfzi (mətni) etibarilə Quranın dəyişdirilməsi imkansızdır. Çünki Quran, Allahın qorumasındadır:
“Sözsüz ki, Quranı Biz endirdik və şübhəsiz ki, Onu (təhrif və dəyişikliklərə qarşı) Biz qoruyacağıq.” (Hicr 9)
 
Bu gerçəyi günümüzdə, Quranı dəyişdirmək istəyənlər belə məcburən qəbul etmişlər. Bir çox cəhdləri uğursuz qalmış, müxtəlif səbəblər ilə bu məqsədlərinə nail ola bilməmişlər.
 
Ləfzi ilə oynaya bilməyəcəklərini bildikləri üçün mənasını təhrif etməyə çalışmaqdadırlar. Akademik kimlik və Tövhid libası altına gizlənən insanlar mənası ilə oynamaqda, öz şərhlərini Quran kimi qəbul etdirməyə çalışmaqdadır. Və bu şəkildə pozmağa cəhd edirlər.
 
Qurani-Kərim, aləmlərin Rəbbinin kəlamı, Onun açıq-aydın kitabı, Onun sapsağlam ipidir. Allah, Rəsulu üçün bir konstitusiya olsun, insanları qaranlıqlardan aydınlığa çıxarsın, doğru yola və sirat-ı müstəqimə yönəltsin deyə endirmişdir.
 
Qurani-Kərimun bütün əmrlərinə və qadağalarına inanmaq və qəbul etmək fərzdir.
Bir kimsə, Quranın hamısına inanıb da sadəcə bir ayəsini inkar etsə dindən çıxar.
Yenə bir kimsə Quranın hamısını qəbul etsə də, sadəcə bir ayənin hökmünün keçərli olmadığına və ya ola bilməyəcəyinə inansa kafir olar.
 
“…Yoxsa siz o kitabın bir hissəsinə inanır, bir qismini isə inkar edirsiniz? Sizlərdən bunu edənin cəzası dünyada ancaq rüsvay olmaqdır. Qiyamət günündə isə onlar ən şiddətli əzaba məhkum ediləcəklər. Allah etdiklərinizdən qafil deyildir.” (Bəqərə 85)
 
Əhli-sünnə vəl-camaata görə:
Quranın şəxsi rəylərə əsaslanaraq təfsir edilməsi caiz deyildir. Çünki belə bir davranış Allah qatında elmsizcə söz söyləmək qəbilindəndir. Kitab və sünnədə sabit olmuş dəlillər gərəyincə təfsir edilməsi, bundan sonra səhabələrin görüşlərinə müraciət edilməsi, şəri prinsiplərin xaricinə çıxılmaması lazımdır.
 
“….Və o (şeytan), Allaha qarşı bilmədiyiniz şeyləri söyləmənizi istəyər.” (Bəqərə 169)

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAPABİLİRSİNİZ