11.03.2026 - EHLİ SÜNNET MEDYA
Ehli Sünnet Medya

Axirət Gününə İnanmaq. Həşr və Nəşr – Cənnət və Cəhənnəm

Axirətə iman gətirmək, öldükdən sonra əsl olan, əbədi bir aləmin varlığına inanmaqdır. Ölüm ilə başlayıb cənnət və cəhənnəmdə yekunlaşan bu aləmdə baş verəcək hadisələr, Allah və Rəsulu tərəfindən bizə bildirilmişdir. Bu həqiqətlərdən bəziləri şunlardır:

QƏBİR ƏZABI

Qəbir əzabını bizə Allahın şəriəti (dini) bildirməkdədir. “Onlar (qəbirlərində qiyamət gününə qədər) səhər və axşam atəşə ərz olunacaqlar. Qiyamət qopduğu gün: ‘Fironun nəslini ən şiddətli əzaba soxun’ deyiləcəkdir.” (Mümin 46) Rəsulullahın və sələf-i salehin qəbir əzabından istiaizə etdikləri (Allaha sığındıqları) sabitdir və bu xüsus məşhur bir həqiqətdir. Qəbir əzabı, mahiyyətcə mümkün bir keyfiyyətdir. Bu əzabın vaqe olacağına (baş verəcəyinə) iman gətirmək vacibdir. Qəbir əzabı haqqında bir çox hədisi-şəriflər vardır. “Qəbir əzabının çoxu sidik sıçrantılarından qorunmamaqdandır.” (ehtiyacını ödəyərkən sidik sıçramasından sakınmayanlar) “Diş ağrısı qəbir əzabındandır.”

HƏŞR VƏ NƏŞR

Həşr və nəşrin mənası ölümdən sonra geri qaytarılmaq və dirildilmək deməkdir. Diriltmək, eynilə başlanğıcdakı yaratmaq kimi Allahın qüdrətinə daxildir. “De ki: ‘Onları ilk dəfə yaradan dirildir və O, hər bir yaradılanı tamamilə bilir.’” (Yasin 79) Bu ayə ilə Allah-u Təala: “çürümüş sümükləri Allah necə dirildəcək?” deyən səfihlərə cavab verməkdədir. Bu iddia əslində Allahı tam mənası ilə tanımamaqdan və cahillikdən irəli gəlir. Allahın sonsuz gücünü bilməyənlərin inancsızlıqlarından qaynaqlanır. Böyüklər bu mövzunu belə bir misalla izah edərlər: Bənzəri olmayan və sahəsində ilk olan bir əsəri meydana gətirmək bəlkə çətindir. Ancaq bu əsər bir nümunə təşkil edir və çox asan bir şəkildə təqlid edilə bilər. Yaxud bu əsəri ilk dəfə yaradan sənətkar ikincisini yaratmaqda çətinlik çəkməz. Lampanın ixtirasını düşünək. Nə qədər çətinlik və sınaqlar ilə tapılmışdır. Sonralar isə seriyalı istehsala keçilmiş, sayısız şəkildə lampa istehsal edilməkdədir. Necə ki, ilk dəfə edən, ikincini etməkdə daha təcrübəlidir və ona ikincini etmək daha asandır, Mövla Təala üçün ilk olması önəmli deyil. O, “ol” deyər, o da dərhal olar. Axirəti, öldükdən sonra dirilməyi inkar edənlərə, “təkrar necə yaradacaq?” deyənlərə düşündürücü və susdurucu bir cavabdır bu: “Hamınızın (yoxdan) yaradılmanız da, öldükdən sonra diriltilməniz də, ancaq tək bir nəfərin yaradılıb diriltilməsi kimidir.” (Loğman 28)

MİZAN

Həzrəti Ayişə (Radiyallahu anha) belə nəql edir: Cəhənnəmi xatırlayıb ağladım. Rəsuli-Əkrəm:

‘Səni ağladan nədir?’ buyurdu.

‘Cəhənnəmi xatırladım da onun üçün ağladım. Siz peyğəmbərlər qiyamət günü ailənizi xatırlayarsınızmı?’

‘Üç yerdə kimsə kimsəni xatırlamaz: Mizanda savabının ağır, yoxsa yüngül gəldiyini öyrənənə qədər; əməl dəftərinin verilməsi anında, sağındanmı, solundanmı, yoxsa arxasındanmı veriləcəyini öyrənənə qədər; cəhənnəmin üzərində qurulan siratdan keçib qurtulana qədər kimsə kimsəni xatırlamaz.’ (Əbu Davud) Mizan haqdır və vardır. “Biz qiyamət günündə ədalət tərəziləri quracağıq. Artıq heç kəs ən kiçik bir zülmə məruz qalmayacaqdır. Edilən əməl bir xardal dənəsi ağırlığında olsa belə, onu gətirib tərəziyə qoyarıq. Hesab çəkən olaraq Biz kifayətik.” (Ənbiya 47) “O zaman (axirətdə) kimin həsənat (yaxşılıq) tərəziləri ağır gələrsə, məhz onlar zəfər çalacaqlar. Kimin də tərəziləri yüngül gələrsə, məhz özlərini hüsrana uğradanlar bunlardır. Cəhənnəmdə əbədi olaraq qalarlar.” (Muminun) Tərəzinin keyfiyyəti belədir: Allah Təala, əməl səhifələrinə, dərgahındakı dərəcələrə görə ağırlıq verər. Etmiş olduqları əməllər qulların özlərinə məlum olar. O zaman cəzada ədalətsizlik edilmədiyi, əfvdə fəzilət cəhətinə gedildiyi və savabın qat-qat artırıldığı görüləcəkdir.

SİRAT

Sirat, cəhənnəm üzərində qurulmuş, qıldan incə və qılıncdan kəskin bir körpüdür. Bu ayə bizə Siratın varlığını açıqlamaqdadır: “Onları cəhənnəmin yoluna (sirata) sürün.” (Saffat 23) Sirat körpüsü mümkinatdandır (olması mümkün şeylərdəndir), binaənleyh ona inanmaq vacibdir. İnsanlar əməllərinə görə, şimşək kimi, sürətlə qaçan atlı kimi, qaçan insan kimi keçəcəklər. Kimisi də sürünərək keçməyə çalışacaqdır. Sirat körpüsü mümkinatdandır, binaənleyh ona inanmaq vacibdir. Çünki quşları havada uçuran Qadir-i Mütləq, insanları cəhənnəm üzərində qurulmuş bir körpüdən keçirməyə də müqtədirdir. Ümeyr oğlu Ubeyd (Radiyallahu anh) Rəsulullah Əfəndimizin belə buyurduğunu rəvayət edir: “Cəhənnəmin üzərindəki sirat körpüsü qılıncın kəskin tərəfi kimi incədir. İki tərəfində qarmaqlar və tikanlı ağaclar vardır. Siratı keçərkən (əməli pis olanlar) qarmaqlara və tikanlara ilişərlər.” (Beyhəqi)

CƏNNƏT VƏ CƏHƏNNƏM

Cənnət və cəhənnəm hal-hazırda varmı? müzakirələri həmişə olmuşdur. Rəbbimiz bir ayəti-kəriməsində müzakirə edilən bu məsələyə son nöqtəni qoymuşdur: “Rəbbinizin məğfirətinə və eni göylər və yer qədər olan cənnətə tələsin! O cənnət təqva sahibləri üçün hazırlanmışdır.” (Ali İmran 133) Bu ayəti-kərimədəki “hazırlanmışdır” ifadəsi cənnətin hal-hazırda mövcud olduğuna dəlildir. Cənnətin mövcudluğu qeyri-mümkün olmadığından, ayəti-kəriməni təvil etməyə (başqa mənaya yozmağa) ehtiyac yoxdur. ‘Cənnət və cəhənnəmin cəza günündən əvvəl hazırlanmasında heç bir fayda yoxdur’ deyilə bilməz. Çünki: “Allah etdiklərindən məsul deyildir.” (Ənbiya 23)

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAPABİLİRSİNİZ