09.03.2026 - EHLİ SÜNNET MEDYA
Ehli Sünnet Medya

Qədər nədir? Qədərə iman gətirmək nə deməkdir?

“Qədər bizzat Quranın açıq ifadələri ilə sabit olan bir iman məsələsidir.”

Qədər: Allahın, olacaq hər şeyin nə zaman və nə şəkildə olacağını, əzəli elmi ilə bilməsi, təsbit və təyin etməsidir. Kaza: Əzəldə təqdir edilən şeylərin zamanı gəlincə, Allah tərəfindən meydana gətirilməsidir. Qədər bir qrup insanın iddia etdiyi kimi sonradan uydurulan, siyasi məqsədlər üçün istifadə edilən bir anlayış deyil. Əksinə, Quran ilə sabitdir. Qurana və Sünnəyə bağlı olanlar hər xeyir və şərin Allahın qəza və qədəri ilə meydana gəldiyinə, Allahın dilədiyi hər şeyi etdiyinə qəti olaraq inanırlar. Hər şey Onun iradəsi ilədir. Heç bir şey Onun diləməsi və tədbiri xaricinə çıxa bilməz. O, olmuş və olacaq hər şeyi əzəldən bəri bilir. Əzəli elminin hikmətinə uyğun olaraq meydana gələcək bütün kainat üçün miqdarlar təyin etmiş, qullarının hallarını, ruzilərini, əcəllərini, əməllərini və digər bütün hallarını bilmişdir.

Qədərə İman Xülasə olaraq; əbədə qədər meydana gələcək hər şeyə dair, Allahın əzəli elmi ilə qələmin bunları yazdığına inanmaqdır. Uca Rəbbimiz belə buyurur: “Bu, daha əvvəl keçənlər barəsində Allahın tətbiq etdiyi qaydadır (adətidir). Allahın əmri mütləq yerini tapan bir qədərdir.” (Əhzab 38)
“Çünki Biz hər şeyi bir ölçü (təqdir) ilə yaratdıq.” (Qəmər 49)

Peyğəmbər Əfəndimiz (Sallallahu əleyhi və səlləm) də belə buyurmuşdur: “Bir kimsə qədərə, xeyrin və şərin Allahdan gəldiyinə iman gətirmədikcə, özünə gəlib isabət edən bir şeyin ona dəyməməsinin qeyri-mümkün olduğunu və özünə dəyməyən bir şeyin də ona isabət etməsinin qeyri-mümkün olduğunu qəti şəkildə bilmədikcə heç bir qul iman gətirmiş olmaz.” (Sahihu Sünəni-Tirmizi)

Qədərə iman ancaq 4 xüsus ilə tamam olar. Bu xüsuslar qədər məsələsini anlamağın yoludur.
BİRİNCİ MƏRTƏBƏ: ELM. Uca Allahın olmuş və olacaq, olmamış şeylərin əgər olacaq olsa necə olacaqlarını, ümumilikdə və bütün incəlikləri ilə bildiyinə iman gətirməkdir. O, qulların nələr edəcəklərini, onları yaratmazdan əvvəl bildiyi kimi, onların ruzilərinin, əcəllərinin, əməllərinin, hərəkət və ya hərəkətsizliklərinin incəliklərini də biləndir. Onlardan kimin xoşbəxt, kimin bədbəxt olduğunu da biləndir. Uca Allah: “Şübhəsiz ki, Allah hər şeyi biləndir.” (Tövbə 115) buyurur.

İKİNCİ MƏRTƏBƏ: YAZMAQ. Bu da; Uca Allahın, məxluqatın qədəri ilə bağlı olaraq əzəldən bildiyini Lövhi-Məhfuzda yazmış olduğuna iman gətirməkdir. Lövhi-Məhfuz isə heç bir şeyin əskik qoyulmadan tamamilə yazıldığı kitabdır. Meydana gəlmiş, gələcək və qiyamət gününə qədər olacaq hər şey uca Allahın dərgahında Ümmül-kitabda yazılmışdır. “Biz hər şeyi İmam-ı Mübində (açıq-aydın kitabda) təsbit etmişik.” (Yasin 12) Peyğəmbər Əfəndimiz də belə buyurmuşdur: “Allahın ilk yaratdığı şey qələmdir. Ona ‘yaz’ deyə buyurdu. O, ‘nə yazım?’ deyə soruşunca, ‘qədəri yaz, olanı və əbədiyyətə qədər olacaq olanı yaz’ deyə əmr buyurdu.” (Tirmizi)
ÜÇÜNCÜ MƏRTƏBƏ: İRADƏ VƏ MƏŞİƏT (DİLƏMƏK). Yəni bu kainatda meydana gələn hər bir şey rəhmət və hikmət xüsusiyyətləri ilə Allahın iradəsi və diləməsi ilə meydana gəlir. Necə ki, Uca Allah belə buyurmaqdadır: “Aləmlərin Rəbbi olan Allah diləmədikcə siz diləyə bilməzsiniz.” (Təkvir 29)

DÖRDÜNCÜ MƏRTƏBƏ: YARATMAQ. Uca Allahın hər şeyin yaradıcısı olduğuna inanmaqdır. Ondan başqa bir yaradıcı, Onun xaricində bir Rəbb yoxdur. Onun xaricində hər nə varsa, O yaratmışdır. “Hər şeyi yaradıb onu incəliyinə qədər təqdir və təyin etmişdir.” (Furqan 2)
Beləliklə, qədər və qəzaya iman gətirməyimiz istənmişdir. Uca Mövlamız bütün olacaqları əzəli elmi ilə bilmişdir. Bu qədərdir. Sonra bu yazılanlar sırası gəldikcə baş verir. Bu da qəzadır.
Bəzi insanlar “qədərimdə var” deyərək günah işləyirlər. Bu azğınlıqdır. Qədər olacaq olanların yazılmasıdır, şəxsin günaha məcbur edilməsi deyil.

QƏDƏRİ TƏSDİQ EDƏN AYƏLƏR:
“De ki: “Allahın bizim üçün yazdıqlarından başqa, bizə qətiyyən heç bir şey isabət etməz. O, bizim mövlamızdır. Və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.” (Tövbə/51) Ayədə açıq şəkildə “isabət edəcək şeylərin yazılmış olmasından” bəhs edilmişdir. Bəla, müsibət və xeyirdən yazılmış olanlar “bilinməyi” tələb edir. Bax bunun bilinməsi “qədər”dir.
“Yer üzündə heç bir canlı yoxdur ki, ruzisi Allaha aid olmasın. Onun qərarlaşdığı yeri də, müvəqqəti olduğu yeri də O bilir. (Bunların) hamısı açıq-aydın bir kitabda (yazılıdır).” (Hud/6)
“Ümmətlərdən heç biri, özünə təsbit edilmiş əcəli nə qabağa çəkə bilər, nə də gecikdirə bilər.” (Müminun/43)
Hər canlının əcəlinin nə zaman olacağının bilinməsi “qədər”dir.
“Qiyamət saatının elmi, şübhəsiz ki, Allahın qatındadır. Yağışı yağdırır; bətnlərdə olanı bilir. Heç kəs sabah nə qazanacağını bilməz. Heç kəs də hansı yerdə öləcəyini bilməz. Şübhəsiz ki, Allah biləndir, xəbərdardır.” (31/34)
Qiyamətin, yağışın, doğulacaq uşağın nə olacağını, sabah başımıza nə gələcəyini biz bilə bilmərik, ancaq Rəbbimiz bilir. Bax hər şeyi əzəli elmi ilə bilməsi qədərdir. Qədərin içində imtahanlar da vardır: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul çatışmazlığı ilə sınayarıq. Səbir edənlərə müjdə ver!” (Bəqərə 155)

QƏDƏRİ İNKAR ETMƏK ADINA EDİLƏN YANLIŞLAR

Qədəri inkar etmək adına “qulların öz feillərini yaratdığı” iddiasını ortaya atanlar, “Allah gələcəyi bilməz” deyərək Allahı cahil kimi göstərmək istəyənlər və ya həddi aşaraq “qədərdə yazıldığı üçün günah işləyirik” deyənlər vardır. Bu iddiaların hamısını yuxarıdakı ayələr çürüdür. Müsəlmanlardan qədərə iman gətirmələri istənmişdir. Müsəlmana düşən vəzifə “eşitdik və itaat etdik” deməkdir…

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAPABİLİRSİNİZ