09.03.2026 - EHLİ SÜNNET MEDYA
Ehli Sünnet Medya

Allaha iman necə olmalıdır? Allaha necə inanmalıyıq?

Allaha iman necə olmalıdır? Allaha necə inanmalıyıq?

Allaha iman, Allahın varlığına, birliyinə, Onun kamal sifətlərinə malik olduğuna və təkcə Onun ibadətə layiq olduğuna qəlbdən tam şəkildə inanmaqdır. Bu, İslam əqidəsinin təməli və mahiyyətidir. Allaha iman Onun varlığına iman etməyi də əhatə edir. Uca Allahın varlığına fitrət, ağıl, şəriət və duyğular dəlalət edir.

Əlbəttə ki, Allaha inanmaq üçün əvvəlcə Onu tanımaq lazımdır. Yəhudilər və xristianlar da Allaha inandıqlarını desələr də, “Allahın oğlu və zövcəsi var” kimi azğın inanclarına görə onların Allaha imanı mötəbər sayılmamışdır.

Deməli, Allaha inanmaq, Onun: “varlığına, birliyinə, doğmadığına və doğurmadığına, oğlu, qızı və zövcəsi olmadığına, bənzəri və tayının olmadığına, bütün kamal sifətlərlə vəsf olunduğuna və bütün nöqsan sifətlərdən uzaq olduğuna” inanmaq deməkdir. Bu mövzu haqqında daha geniş məlumat irəlidə veriləcəkdir.

Elə isə Allah haqqında belə inanmalıyıq ki: “Allah varlığı vacib olan, yoxluğu təsəvvür olunmayan və varlığı Öz zatından olan, heç kəsə möhtac olmayan bir Zatdır.”

Allah təkdir. Nə zatında, nə də sifətlərində Onun heç bir şəriki yoxdur.

Allah bütün üstün sifətlərə malikdir və heç bir nöqsan sifəti Ona aid ola bilməz.

Allah heç kəsin məcbur etməsi olmadan istədiyini edən, şübhəsiz ki, bütün məxluqatı yaradan və etdiyi hər işi hikmətlə və yerli-yerində edən Zatdır.

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAPABİLİRSİNİZ